Moskva. Fərid Əkbərov-APA. 2012-ci ildə Şimali Qafqaz regionunda baş verən atışmalarda 347 terrorçu və təhlükəsizlik qüvvələrinin 149 əməkdaşı öldürülüb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev bildirib.
Onun sözlərinə görə, Şimali Qafqaz regionunda silahlılara qarşı əməliyyatlar daha da intensivləşəcək: “Bu il silahlılara qarşı keçirdiyimiz xüsusi əməliyyatlarda 276 təhlükəsizlik xidməti əməkdaşı yaralanıb. Bütün itkilərə baxmayaraq, onlara qarşı mübarizəmizi davam etdirəcəyik”.
Qeyd edək ki, mərkəzi ofisi Avstraliyada yerləşən İqtisadiyyat və Sülh İnstitunun hazırladığı “Qlobal Terror İndeksi”nə görə, Rusiya terrordan zərər çəkən ölkələrin siyahısına 9-cu yerdədir.