APA-nın məlumatına görə, bu barədə “İnterfaks Sibir” agentliyinə DİN-in regional idarəsinin mətbuat xidmətinin rəisi German Struqlin məlumat verib.
Onun sözlərinə görə, ölən uşaqlar 4-9 yaşlarında olub.
Fakt üzrə Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsi üzrə (ehtiyatsızlıq səbəbindən ölüm hadisəsi) cinayət işi başlanıb.
Hadisə yerində polis və FHN əməkdaşları araşdırma aparır. Yanğının səbəbləri araşdırılır.