Bank Of Baku

Rusiyada partlayış baş verən binada ölənlərin sayı 5 nəfərə çatıb - YENİLƏNİB

Rusiyada partlayış baş verən binada ölənlərin sayı 5 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 06 noyabr 2016 06:28 (UTC +04:00)

Rusiyanın İvanovo şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İstintaq Komitəsinin Regional İdarəsinin nümayəndəsi Olqa Dolyeva bildirib.

 

Bundan əvvəl partlayış nəticəsində 4 nəfərin öldüyü açıqlamışdı. 

 

***

 

09.04

 

Rusiyanın İvanovo şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində 4 nəfər ölüb.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İstintaq Komitəsinin Regional İdarəsinin nümayəndəsi Olqa Dolyeva bildirib.

 

Ölənlərdən biri uşaqdır.

 

 

***

 

saat 07.29

 

İvanovoda qazın partlaması nəticəsində qismən uçan binanın dağıntıları altından 5 sakin xilas edilib, onlardan biri ciddi xəsarət alıb. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Rusiya FHN-nin bölgə üzrə Baş İdarəsindən bildirilib.

 

“Birinci blokdan 6 nəfər, ikinci blokdan isə 8 nəfər  təxliyə olunub, dağıntılar altından 5 nəfər xilas edilib, onlardan biri ciddi xəsarət alıb”,- deyə FHN-dən bildirilib.

 

Həmçinin, dağıntılar altından iki nəfərin səsinin eşidildiyi bildirilir.  

 

Məlumata görə, dağıntının sahəsi 80 kv.m. təşkil edib. Binada ümumilikdə 19 sakin qeydiyyata alınıb. 

 

 

***** 06.29

 

 

Rusiyanın İvanovo şəhərində ikimərtəbəli yaşayış binası partlayış nəticəsində qismən uçub.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış qaz sızması nəticəsində baş verib.  Dağıntılar altında 8 sakinin qaldığı ehtimal edilir.    

 

Hadisə yerindən 5 nəfər təxliyə edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR