Bakı – APA. Rusiyanın Kemerovo vilayətindəki kömür mədənində baş verən qəza nəticəsində 4 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, 4 nəfərin taleyindən hələlik xəbər yoxdur.
Qəza yanvarın 20-də səhər tezdən yerli vaxtla saat 5.15-də Prokopyevsk rayonundakı 7 saylı mədəndə baş verib. Hadisə zamanı mədəndə 77 nəfər olub, onlardan 69-u təxliyyə edilib. Olay yerində xilasedicilər və yanğınsöndürənlər işləyir.