Bakı-APA. Rusiyanın Murmansk vilayətinin Kirov rayonunda 6 nəfər turist qar uçqunu altında qalıb.
APA-nın “BBC”yə stinadən verdiyi xəbərə görə, Rusiya FHN-nin yaydığı məlumata görə, qar uçqunu fevralın 9-da axşam saatlarında Aykuayvençor dağında baş verib.
Hadisə yerinə xilasedicilər cəlb olunub, itkin düşənlərin axtarışı aparılır.