Bank Of Baku

Rusiyanın Samara vilayətində poliqonda baş vermiş partlayışlar nəticəsində 4 nəfər yaralanıb, 4 mindən çox insan təxliyə edilib

Rusiyanın Samara vilayətində poliqonda baş vermiş partlayışlar nəticəsində 4 nəfər yaralanıb, 4 mindən çox insan təxliyə edilib
# 18 iyun 2013 21:13 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, bu barədə “RİA Novosti”yə hadisə yerində yaradılmış əməliyyat qərargahının nümayəndəsi məlumat verib.

 

Çapayevski qəsəbəsi yaxınlığında yerləşən poliqonda partlayışlar iyunun 18-i axşam saatlarında başlayıb. Rusiya DİN Baş İdarəsinin məlumatına görə, partlayışlar hal-hazırda da davam edir. İlkin məlumata görə, anbarlarda 13 milyon ədəd hərbi sursat saxlanılır. Mərmi qəlpələri geniş məsafəni əhatə etdiyindən yanğınsöndürənlər hadisə yerinə yaxınlaşa bilmir.    

 

FHN hadisə yerinə 2 təyyarə ilə xüsusi robotlar göndərməyi planlaşdırır.

 

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, poliqonun yaxınlığında yerləşən məntəqələrdən 4 mindən çox insan  təxliyə edilib.  

 

FHN, DİN, “Rusiya dəmir yolları” və Müdafiə Nazirliyinin əməkdaşları və texnikası  hadisənin fəsadlarını aradan götürməyə cəlb olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR