Bank Of Baku

Rusiyanın simvolu olan Moskva Kremli ağ rəngə boyana bilər

Rusiyanın simvolu olan Moskva Kremli ağ rəngə boyana bilər
# 16 sentyabr 2014 22:59 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Rusiyanın simvolu olan Moskva Kremli ağ rəngə boyana bilər. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu maraqlı təşəbbüslə Rusiya Dövlət Dumasının elm və texnologiya komitəsinin sədr müavini, Liberal Demokrat Partiyası fraksiyasının üzvü Mixail Deqtyaryev çıxış edib. 
Siyasətçi müvafiq müraciəti artıq İctimai Palatanın katibliyinə də göndərib. M. Deqtyaryev özünün orijinal təşəbbüsünü onunla əsaslandırıb ki, Kreml ağ rəngə boyanmaqla vahid Avrasiya məkanının bərpa olunmasının simvoluna çevrilə bilər.     


"Keçmişdə olduğu kimi Moskvada ağ daşdan Kremlin tikilməsi ayrı-ayrı knyazlıqların birlşdirilməsi və Rusiyanın Cənub və Şərqə doğru genişlənməsinə işarə idi", deyə deputat bildirib.


Siyasətçi həmçinin Kremlin ağ rəngə boyanması üçün ümumxalq səsverməsi və ümumrusiya referendumu keçirməklə bağlı təklif də verib.  


Qeyd edək ki, RLDP fraksiyasının deputatları ilk dəfə deyil ki, belə gözlənilməz təkliflərlə çıxış edirlər. Bundan əvvəl də bu fraksiyadan olan deputatlar Rusiyanın dövlət bayrağının dəyişdirilərək qara-sarı-ağ rəngdən ibarət olan Rusiya İmperiyasının bayrağı ila əvəz olunması təklifi ilə çıxış ediblər. Onlar o cümlədən ölkənin quberniyalara bölünməsi təklifini də irəli sürüblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR