Bakı. Anaxanım Hidayətova – APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.
APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən xəbərinə görə, tərəflər Suriyadakı vəziyyəti, o cümlədən Suriya böhranının sülh yolu ilə həlli üzrə beynəlxalq konfransa hazırlıq məsələlərini müzakirə ediblər.