Bank Of Baku

Rüşvətə görə saxlanılan Moskvanın “Vnukovo” aeroportunun polis rəisi xəstəxanaya yerləşdirilib

Rüşvətə görə saxlanılan Moskvanın “Vnukovo” aeroportunun polis rəisi xəstəxanaya yerləşdirilib
# 04 mart 2016 20:58 (UTC +04:00)

Bakı-APA. Rüşvət almaqda şübhəli bilindiyinə  görə saxlanılan Moskvanın “Vnukovo” aeroportunun polis şöbəsinin rəisi  İqor Kukuşkin xəstəxanaya yerləşdirilib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, onun xəstəxanaya yerləşdirilməsinin səbəbi qəfil ürək tutması olub.  Onun barəsində qəti-imkan tədbirinin seçilməsi məsələsinə həkim müayinəsindən sonra baxılacaq.

 

Qeyd edək ki,  Kukuşkin qadağan olunmuş yüklərin ölkə daxilinə keçirilməsi üçün 4 min dollar rüşvət götürməkdə şübhəli bilinərək saxlanılıb.

 

Bundan əvvəl Kukuşkinlə cinayətdə əlbir olan  Aleksey Boqdanov iki ay müddətinə həbs olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR