Bank Of Baku

Saakaşvili Abxaziyadan keçən dəmiryolunun bərpasının əleyhinədir

Saakaşvili Abxaziyadan keçən dəmiryolunun bərpasının əleyhinədir
# 17 yanvar 2013 19:08 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün keçirdiyi brifinqdə baş nazir Bidzina İvanişvilinin  Abxaziyadan keçməklə Rusiya ilə dəmir yolunun bərpa imkanları bəyanatından narahat olduğunu bildirib. APA-nın məlumatına görə, prezident qeyd edib ki, bu bəyanatda narahatlıq doğuran bir neçə məqam var. “İlk olaraq, bəyanatda geosiyasi-strateji maraqlar nəzərə alınmır. Abxaziyadan keçən dəmiryol əvvəllər də Gürcüstanı Rusiyadan keçməklə Avropaya birləşdirirdi. İndi bu yol çox köhnəlib. Əvvəllər bizim başqa dəmiryolumuz yox idi. Rusiya indiyədək bu yolu bağlı saxlayır və biz Azərbaycan ilə yeni, sürətli və müasir xətt olan Qars-Axalkalaki dəmiryolunu tikirik. Bu gün Gürcüstan üçün bu dəmiryol magistralının bərpa edilməsinə ehtiyac yoxdur”, deyə Mixail Saakaşvili qeyd edib.

 

Gürcüstan prezidentinin sözlərinə görə, bu dəmiryolun istifadəyə verilməsi Rusiyaya ona görə sərf edir ki, Axalkalaki dəmiryolu Transsibir dəmiryolu ilə rəqabətə girir. “Bu dəmiryolu Çin və Orta Asiyadan başlayaraq Avropa istiqamətinə yük daşıyır və bizim dəmiryol Rusiya üçün təhlükə yaradır. İkincisi odur ki, Rusiya bu yolu açmaqla Abxaziyanın işğalını faktiki olaraq qanunlaşdırmaq istəyir. Bu günkü şəraitə görə, “Rusiya Dəmir yolları” Abxaziya dəmiryol sahəsini mənimsəyib və Ermənistanın dəmiryoluna müqavilə əsasında sahib olub. Buna görə, Abxaziyanın işğalı qanuniləşdirilir. Bu layihəyə cəmiyyətin xəbəri olmadan baxılması konteksti millət əleyhinə, dövlətçilik əleyhinə, Gürcüstan əleyhinə fəaliyyətdir. Bu, Gürcüstan müstəqilliyini və gələcəyini sarsıdır və Gürcüstan işğalçının maraqlarına xidmət edir”, deyə o bildirib.

 

Gürcüstan prezidenti həmçinin qeyd edib ki, Gürcüstan Ermənistan ilə yaxşı münasibətlər qurmaq istəyir. “Biz Ermənistanın yüklərini Gürcüstan ərazisindən buraxmaq üçün çox işlər görmüşük. Biz bunun üçün Potidə Lazika limanının tikintisi ideyasını Ermənistan istiqamətinə yüklərin göndərilməsi üçün irəli sürmüşük. Bu məqsədlə biz Lars buraxılış məntəqəsini də açdıq.  Biz heç zaman Ermənistanı təcrid etmək istəməmişik. Biri var Ermənistanla yaxşı münasibətlər qurasan və digəri isə işğalçının strateji planını yerinə yetirir”, deyə Saakaşvili qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR