Bank Of Baku

Mixail Saakaşvili gələn həftə ABŞ-a səfər edəcək

Mixail Saakaşvili gələn həftə ABŞ-a səfər edəcək
# 23 aprel 2013 19:40 (UTC +04:00)

Bakı-APA. Gürcüstan prezidenti Mixail Saakaşvili gələn həftə ABŞ-a səfər edəcək. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland deyib.

 

Onun sözlərinə görə, ABŞ-a səfəri çərçivəsində Gürcüstan prezidenti ölkəsindəki hazırkı hadisələrdən söz açacaq.  

 

Riçard Norland qeyd edib ki, bu il həmçinin Gürcüstanın baş naziri Bidzina İvanişvilinin də ABŞ-a səfəri planlaşdırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR