Bank Of Baku

Saakaşviliyə Ukrayna vətəndaşlığı verilib

Saakaşviliyə Ukrayna vətəndaşlığı verilib
# 30 may 2015 00:10 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığı verilib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu barədə Ukrayna Ali Radasının deputatları  bildirib.

 

“Mixail Saakaşvili rəsmən Ukrayna vətəndaşı oldu”, “Pyotr Poroşenko bloku”nun təmsilçisi Mustafa Nayem özünün “Facebook” səhifəsində yazıb.

 

Digər deputat Sergey Leşşenko isə “Twitter"-də sabiq Gürcustan prezidentinə Ukrayna vətəndaşlığının verilməsi və Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilməsini təsdiqləyərək yazıb: “Mixo, biz yeni Batumi istəyirik!”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR