Moskvada Rusiya, İran və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Rusiya MN-in mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, Sergey Şoyqu, Hüseyn Dehqan və Fikri İşik arasında üçtərəfli görüş dekabrın 20-də baş tutacaq.
Görüşdə Suriyadakı vəziyyət və böhranın nizamlanması yolları müzakirə olunacaq.