Bank Of Baku

Sankt-Peterburqda terror aktı törətməyi planlaşdıran İŞİD tərəfdarı saxlanılıb

Sankt-Peterburqda terror aktı törətməyi planlaşdıran İŞİD tərəfdarı saxlanılıb
# 10 dekabr 2017 01:46 (UTC +04:00)

Sankt-Peterburqun Moskovski rayon məhkəməsi şəhərdə terror aktı törətməyi və Əfqanıstanda İŞİD-ə qoşulmağı planlaşdıran Tacikistan vətəndaşı Umar Maxmadiyev barəsində həbs qətimkan tədbiri seçib. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə məhkəmədən bildirilib.  

 

“Maxmadiyev Əfqanıstan ərazisinə keçərək İŞİD sıralarına qatılmağı, bunun mümkün olmayacağı təqdirdə isə, Sankt-Peterburq şəhərində İŞİD-in adından terror aktı törətməyi planlaşdırıb”, - deyə məhkəmədən bildirilib.

 

Qeyd edək ki, bundan əvvəl Stavropolda xüsusi əməliyyat zamanı 3 silahlı məhv edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR