Bank Of Baku

Səfir: İran sentyabrda “altılıq” ölkələri ilə görüşün keçirilməsi üçün heç bir maneə görmür

Səfir: İran sentyabrda “altılıq” ölkələri ilə görüşün keçirilməsi üçün heç bir maneə görmür
# 31 iyul 2013 23:42 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İran bu ilin sentyabr ayında “altılıq” ölkələri ilə görüşün keçirilməsi üçün heç bir maneə görmür. APA-nın məlumatına görə, bunu İranın Rusiyadakı səfiri Mahmudrza Səccadi bildirib.

 

Onun sözlərinə görə, bu məsələylə bağlı heç bir məhdudiyyət görmür: “Qoy “altılıq” ölkələri görüş üçün vaxt təklif etsinlər”.

 

Səfir deyib ki, İran prezident seçkilərindən əvvəl görüşün keçirilməsini təklif etsə də, “altılıq” ölkələri bununla razılaşmayıb: “Biz müzakirələrə tam hazır olduğumuzu bəyan etmişdik. Biz demişdik ki, ölkədə prezident seçkilərinin keçirilməsinin İranın nüvə proqramı ilə bağlı xalqın mövqeyinin dəyişilməsinə təsiri yoxdur. Ancaq görünür “altılıq” ölkələri müzakirələri təxirə salmaqla İrandakı prezident seçkilərinin nəticəsini görmək istədi. Biz həmişə müzakirələrin keçirilməsinə hazırıq”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR