Moskva. Fərid Əkbərov - APA. “Türkiyə hökuməti əmindir ki, Rusiya ilə ticarət dövriyyəsinin həcmini 100 milyard ABŞ dollarına çatdıra bilər”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Türkiyənin Rusiyadakı yeni səfiri Ümit Yardım "Rossiya Seqodnya" agentliyində keçirdiyi mətbuat konfransında deyib.
Səfir iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 100 milyard dollara çatdırmaq məqsədinin qarşıya qoyulduğunu söyləyib: "Biz çox qısa bir müddətdə iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmini 2 milyarddan 32 milyarda dollara çatdırmışıq. Bu rəqəmlər iki ölkənin potensialına əsaslanır. İnanırıq ki, ticarət dövriyyəsinin həcmini 100 milyard dollara da çatdırmaq olar".
Ü. Yardım Rusiyanın Türkiyənin ikinci iri ticarət tərəfdaşı olduğunu bildirib: "Türkiyə isə Rusiyanın 8-ci böyük ticarət tərəfdaşıdır. Əlbəttə ki, tərəfdaşımız Rusiya hər zaman bizim inkişafımızın ayrılmaz hissəsi olaraq qalacaq".