APA-nın xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin baş katibi Pan Gi Munla keçirdiyi birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiya ikitərəfli müqavilələr əsasında və qanunvericiliyə uyğun şəkildə Suriyaya silah satdığını heç vaxt gizlətməyib: “Rusiyadan Suriyaya ilk növbədə müdafiə xarakterli silahlar və Hava Hücumundan Müdafiə sistemləri göndərilir”.
S.Lavrov bunun regionda qüvvələr balansını pozmadığını və müxalifətlə mübarizədə Suriya hökumətinə əlavə üstünlüklər vermədiyini vurğulayıb.