APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Moskva Ankaranın özünü müdafiə etmək haqqına əngəl olmaq istəmir.
Brüsseldə NATO-Rusiya sammitində çıxış edən S. Lavrov Türkiyənin bu addımına etiraz etmədiklərini söyləyib: “Biz Türkiyənin Vaşinqton sazişinin 5-ci maddəsi çərçivəsində hüquqlarından istifadə etməsinə əngəl olmaq istəmirik. Lakin biz diqqəti ona cəlb etməyə çalışırıq ki, gözlənilən təhlükələri şişirtmək doğru deyil. Biz bunu deməyə çalışırıq”.
S. Lavrov NATO-nun Rusiyaya Suriya probleminin sülh yolu ilə həllinə dair təminat verdiyini söyləyib: “NATO-dakı ortaqlarımız Suriyadakı problemin sülh yolu ilə həlli istiqamətində bizə təminat verdilər. Onlar Suriyaya hərbi müdaxilə olmayacağını söylədilər. Bu mövzuda tamamilə həmfikirik. Suriya problemi Liviyadakından çox fərqlidir. Ona görə də, bu problemin həlli istiqamətində siyasi və diplomatik dəstək ortaya qoyulmalıdır. Suriyada müharibə edən tərəflərə axan qanın dayandırılması və müzakirə masasına oturmaları üçün təzyiq edilməlidir”.
Qeyd edək ki, dekabrın 4-də Brüsseldə NATO ölkələri xarici işlər nazirlərinin toplantısında Suriya ilə sərhəddə “Patriot” sistemi yerləşdirilməsi barədə Türkiyənin istəyinə müsbət cavab verilib.