Bank Of Baku

Sergey Lavrov: “Rusiya üçün prioritet məsələ Suriyada axan qanın durmasıdır” - FOTO - FOTO

Sergey Lavrov: “Rusiya üçün prioritet məsələ Suriyada axan qanın durmasıdır” - <span style="color: red;">FOTO  - <span style="color: red;">FOTO
# 23 yanvar 2013 08:47 (UTC +04:00)

Moskva. Fərid Əkbərov-APA. “Təəssüflər olsun ki, Rusiya və Çindən başqa Suriyada sülhün bərqərar olmasını dəstəkləyən yoxdur”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Rusiya üçün prioritet məsələ Suriyada axan qanın dayandırılmasıdır: “Biz hər iki tərəflə görüşlər keçiririk. Həm hakimiyyətlə, həm də müxalifətlə. Lakin çox təəssüflər olsun ki, Qərb dövlətləri bunu etmirlər. Onlar yalnız Suriya müxalifətinə dəstək verirlər. Bütün bunlar Suriyada vəziyyətin daha da gərginləşməsinə səbəb olub. Müxalifət hakimiyyətlə dialoqdan imtina edib. Onlar hakimiyyətə qarşı mübarizəni davam etdirirlər. Rusiya və Çin münaqişənin dialoq yolu ilə həll edilməsi üçün əllərindən gələni edirlər. Qərb dövlətləri isə əksinə olaraq, müxalifətə dəstək verməklə Suriyada gərginliyin artmasına daha da şərait yaradırlar. Bunun nəticəsində günahsız insanlar tələf olur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR