Bakı. Zümrüd Paşayeva – APA. “Rusiyaya qarşı sanksiyalarla Ukraynadakı vəziyyətin normallaşması arasında heç bir məntiqi bağlılıq görmürəm”.
APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov venesuelalı həmkarı Rafael Ramirezlə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
“Biz sanksiyaların aradan qaldırılması üçün deyil, Minsk razılaşmasının həyata keçməsi üçün nələrsə etməyə çalışırıq. Rusiya hökuməti tezliklə Ukraynada vəziyyətin sabitləşməsi üçün əlindən gələni edir. Bu, həm də milli maraqlarımıza cavab verir“, - deyə o qeyd edib.
Sanksiyaların qeyri-qanuni olduğunu deyən S. Lavrov Qərbin sanksiyalar vasitəsilə Rusiyaya qarşı qəzəbini ifadə etdiyini bildirib.