Bakı – APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu ölkədən siyasi sığınacaq istəyən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenə Rusiya Federal Miqrasiya Xidmətinə müraciət etməyi məsləhət görüb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, S. Lavrov deyb ki, Rusiya XİN E. Snoudenlə əlaqə saxlamır və onun siyasi sığınacaq barədə xahişi barədə media vasitəsilə xəbər tutublar.
Nazir Federal Miqrasiya Xidmətinə müraciət etməyin siyasi sığınacaq almaq prosedurunda ilk addım olduğunu söyləyib. Xidmətin rəhbəri Konstantin Romodanovski isə hələlik E. Snoudendən hər hansı müraciət almadıqlarını açıqlayıb.