Bakı. Real Cəfərli - APA. Rusiya xarici işlər naziri gələn həftə İrana səfər edəcək.
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, Sergey Lavrovun dekabrın 11-də İran rəsmiləri ilə ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün Tehrana gələcəyi bildirilir.