“APA-Economics”in Ukraynanın “Forum” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Belarusun paytaxtı Minskdə keçirilən MDB ölkələri Hökumət Başçıları Şurasının iclasında birliyin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib.
Onun sözlərinə görə, iclasda Özbəkistanın azad ticarət zonasına qoşulması ilə bağlı protokol təsdiqlənib: “Bununla da Özbəkistan bu zonaya qoşulan 9-cu ölkə oldu. Azərbaycan və Türkmənistan isə bununla bağlı məsələləri əlavə olaraq nəzərdən keçirmək istəyini bildiriblər. Əgər həmin ölkələr də azad ticarət zonasına qoşulsalar, o zaman MDB məkanında ticarətin tam və effektiv şəkildə inkişaf etməsi üçün şərait yaradılacaq və Ümumdünya Ticarət Təşkilatı normaları əsasında inteqrasiya təmin ediləcək”.
Qeyd edək ki, MDB azad ticarət zonası ilə bağlı müqavilə 2011-ci il oktyabrın 18-də birliyə 8 üzv ölkə tərəfindən imzalanıb.