APA-nın məlumatına görə, bu fikirləri MDB İcra Komitəsinin rəhbəri Sergey Lebedev Minskdə MDB Müdafiə Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.
“Təəssüf ki, dünyada vəziyyət daim mürəkkəbləşir və bu gün qanlı silahlı münaqişələrin genişlənməsi narahatlıq doğurmaya bilməz. Suriya, İran ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar ciddi risk və təhlükələr mövcuddur. Əfqanıstanın da münaqişə potensialı yenə də yüksəkdir. Eyni zamanda koalisiya qoşunları çıxarıldıqdan sonra Əfqanıstanda vəziyyətin mümkün inkişaf perspektivləri də qeyri-müəyyəndir. Təəssüf ki, Mərkəzi Asiya respublikaları üçün potensial təhlükə ehtimalı artmaqdadır. Buna əvvəldən hazır olmaq lazımdır”.