Bank Of Baku

Serj Sarkisyan: “Ermənilər yaxşı iş və şərait axtarışı ilə xaricə üz tuturlar”

Serj Sarkisyan: “Ermənilər yaxşı iş və şərait axtarışı ilə xaricə üz tuturlar”
# 20 iyul 2013 21:00 (UTC +04:00)

APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu “Luys” Fondunun həmtəsisçisi olan Ermənistan prezidenti Serj Sarkisyan fondun təqaüdçüləri ilə görüşündə deyib.

 

Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatına görə, görüşdə həmçinin fondun digər həmtəsisçisi, ölkənin baş naziri Tiqran Sarkisyan, fondun dəstəyi ilə xarici ölkələrdə təhsil alan tələbələr və məzunlar iştirak ediblər.

 

Serj Sarkisyan xaricdə təhsil alan tələbələrin vətənə qayıdıb ölkənin inkişafına tövhə verməsinin əhəmiyyətindən danışarkən, əhalinin ölkədən kütləvi şəkildə tərk etməsi və cəmiyyətin ağır sosial-iqtisadi vəziyyətdə olması faktını etiraf edib. O qeyd edib ki, ermənilər yaxşı iş və şərait axtarışı ilə xaricə üz tuturlar, bu isə Ermənistan cəmiyyətində ağrı ilə qarşılanır.

 

Daha sonra S. Sarkisyan təsəlliyə keçib: “İstərdim, siz əmin olasınız ki, bu çox çəkməyəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR