Bank Of Baku

Serj Sarkisyan və Bidzina İvanişvili arasında görüş keçirilib

Serj Sarkisyan və Bidzina İvanişvili arasında görüş keçirilib
# 17 yanvar 2013 15:34 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Ermənistanın baş naziri Serj Sarkisyan Gürcüstanın baş naziri Bidzina İvanişvilini qəbul edib. APA-nın “aysor.am” saytına istinadən verdiyi xəbərə görə, S. Sarkisyan B. İvanişvilini baş nazir olması münasibətilə təbrik edərək ümid etdiyini bildirib ki, Gürcüstan götürdüyü öhdəlikləri şərəflə yerinə yetirəcək. O, Gürcüstanda sabitliyin qorunmasında maraqlı olduqlarını və bu ölkə ilə qardaşlıq əlaqələrini daha da möhkəmləndirmək istədiklərini söyləyib.

 

B. İvanişvili isə Gürcüstan-Ermənistan münasibətlərini ən yüksək səviyyəyə qaldırmaq üçün mümkün olan hər şeyi edəcəklərini vurğulayıb. O, S. Sarkisyana qarşıdakı seçkilərdə uğurlar arzulayıb və ümid etdiyin bildirib ki, seçkilər sülh şəraitində keçiriləcək və xalqın iradəsini əks etdirəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR