Bank Of Baku

Seyran Ohanyan: “Ermənistan ərazisində Rusiya radiolokasiya stansiyasının yerləşdirilməsinin əleyhinə deyilik”

Seyran Ohanyan: “Ermənistan ərazisində Rusiya radiolokasiya stansiyasının yerləşdirilməsinin əleyhinə deyilik”
# 18 yanvar 2013 13:10 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Ermənistanın müdafiə naziri Seyran Ohanyan Rusiyaya məxsus radiolokasiya stansiyasının Ermənistan ərazisində yerləşdirilməsinin mümkün olduğunu bildirib. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, 2012-ci ilin yekunlarına dair mətbuat konfransı keçirən S. Ohanyan Qəbələ RLS-lə bağlı prosesi izlədiklərini deyib: “Biz bütün prosesi izlədik və tərəflərin danışıqlarda razılığa gələ bilməməsindən sonra Qəbələ RLS dayandırıldı. Rusiya RLS-i harada qurmaq və yerləşdirmək məsələsini özü həll etməlidir. Söhbət bizim razılığımız və ya etirazımızdan gedirsə, biz buna qarşı çıxmazdıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR