APA-nın xəbərinə görə, bu barədə RBC saytına Slavyansk özünümüdafiə qüvvələrinin qərargahında bildiriblər.
Bundan əvvəl Semyonovka kəndi yaxınlığında federallaşma tərəfdarları və Ukrayna hərbçiləri arasında baş verən toqquşma barədə məlumat yayılıb.
Anti-terror əməliyyatı keçirildiyi ərazidə dəmiryolu nəqliyyatının fəaliyyəti və avtobusların hərəkəti tamamilə dayandırılıb.
***
23:32
Bakı – APA. Mayın 5-də Ukraynanın Slavyansk şəhərində davam edən döyüşlərdə ən azı 20 nəfər özünümüdafiə qüvvələrinin nümayəndəsi öldürülüb.
APA-nın məlumatına görə, bu barədə “İnterfaks” agentliyinə özünümüdafiə qüvvələrinin qərargahından xəbər verilib.
Onlarla dinc sakinin yaralandığını bildirilir.
Hazırda Ukrayna ordusu Slavyansk şəhərini mühasirəyə alıb, döyüşlər davam edir.