Bakı-APA. Sovet İttifaqı marşalı Viktor Külikov mayın 28-də Rusiyanın paytaxtı Moskvada uzun sürən xəstəlikdən sonra 91 yaşında vəfat edib.
Külikov Böyük Vətən müharibəsinin fəal iştirakçısı olub.
O, 1971-ci ildən 1977-ci ilədək SSSR-i Silahlı Qüvvələrinin Mərkəzi Qərargah rəisi – SSSR-i müdafiə nazirinin birinci müavini, 1977-ci ildən 1989-cu ilədək isə - SSSR-i müdafiə nazirinin birinci müavini və Varşava Müqaviləsi Təşkilatına üzv olan dövlətlərin Birləşmiş qüvvələrinin baş komandanı vəzifələrini tutub.
Hal-hazırda iki Sovet İttifaqı marşalı var - 96 yaşlı Vasiliy Petrov və 88 yaşlı Dmitri Yazov