Bank Of Baku

Şoyqu: “Suriyadakı hərbi əməliyyatlar Rusiya aviasiyasının yüksək imkanlara malik olduğunu təsdiqləyib”

Şoyqu: “Suriyadakı hərbi əməliyyatlar Rusiya aviasiyasının yüksək imkanlara malik olduğunu təsdiqləyib”
# 02 fevral 2016 11:09 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Rusiya aviasiyasının yüksək hərbi imkanlara malik olduğu Suriyada keçirilən əməliyyatlar zamanı təsdiqlənib”.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın müdafiə naziri Serqey Şoyqu rəhbərlik etdiyi qurumda keçirilən müşavirədə deyib.

 

O bildirib ki, Rusiya təyyarələri gündəlik olaraq terrorçuların bazalarına aviazərbələr endirir.

 

S. Şoyqunun sözlərinə görə, əməliyyatlara Suriyanın Hmeymim aviabazasında yerləşdirilmiş aviasiya, habelə yeni bombardmançı SU34 və SU 35 qırıcıları cəlb olunub.

 

“Rusiyanın Kosmik Hava Qüvvələrinə 3 mindən çox təyyarə və helikopterlər daxildir. Bununla yanaşı, müasir silah nümunələrin ümumi payı 52% təşkil edir”, - deyə S. Şoyqu qeyd edib.

 

Nazir bildirib ki, TU-160 strateji bombardmançıların imkanlarının artırılması hazırda Rusiya hərbi qüvvələri üçün prioritet təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR