Bakı-APA. SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov ölümü ilə bağlı internetdə yayılmış xəbərləri təkzib edib. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Qorbaçov qeyd edib ki, bu cür xəbərlər bundan öncə də yayılıb.
“Mən sağ-salamatam. Necə deyərlər, bəsdir Qorbaçovu əzdiniz”, - deyə o vurğulayıb.
Qeyd edək ki, “RİA Novosti” mətbuat mərkəzinin və “RİA Novosti Deutsch”un “Twitter” səhifəsində M.Qorbaçovun Yekaterinburqda “Şoko” kafesində Yevgeni Royzmanla görüş zamanı öldüyü haqda məlumatlar yer alıb.