Bank Of Baku

Suxumidə öldürülmüş “Astik Suxumskiy” kriminal avtoritet Rövşən Canıyevin qruplaşmasının üzvü olub

Suxumidə öldürülmüş “Astik Suxumskiy” kriminal avtoritet Rövşən Canıyevin qruplaşmasının üzvü olub
# 21 yanvar 2013 16:45 (UTC +04:00)

 

Bakı-APA. Dünən Suxumidə öldürülən kriminal avroritet “Astik Suxumskiy” azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) rəhbərlik etdiyi klanın üzvü olub. APA-nın məlumatına görə, bu barədə “Newsru.com” saytı məlumat yayıb. Sayt bu qruplaşmanın yanvarın 17-də Moskvada qətlə yetirilmiş nüfuzlu kriminal avtoritet Aslan Usoyanla (“Ded Xasan”) açıq münaqişə vəziyyətində olduğunu yazır: “Rövşən azərbaycanlı avtoritetləri öz rəhbərliyi altında birləşdirməyə çalışır, lakin onların bir çoxu Usoyanın klanına daxildir. Canıyev 2009-cu ildən “Ded Xasan”ın azərbaycanlı tərəfdarlarını Moskvanın topdansatış tərəvəz bazarından çıxarmağa cəhd edir. İki qruplaşma arasında gedən müharibədə artıq 20-dək qanqster öldürülüb, onların əksəriyyəti Rövşən Canıyevin klanının üzvləridir”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR