Tacikistan paytaxtına elektrik enerjisinin verilməsi bərpa olunub.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, Düşənbənin dörd rayonundan üçü beş saat ərzində işıqsız qalıb.
Qəzaya soyuq hava ilə əlaqədar elektrik enerjisinin sərfinin kəskin artması səbəb olub. Nəticədə paytaxtın Sino, Somoni və Firdousi rayonlarında elektrik enerjisi kəsilib.
Qeyd edək ki, oktyabrın 28-də Tacikistan ərazisinin 90% işıqsız qalmışdı. Elektrik enerjisinin kəsilməsinə paytaxt Düşənbədən 100 km şərqdə yerləşən Nurek SES-da yaranan nasazlıq səbəb olmuşdu.
***
04:37
Enerji sistemində baş verən qəzaya ilə əlaqədar Tacikistan paytaxtının dörd rayonundan üçü işıqsız qalıb.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Düşənbənin Sino, Somoni və Firdousi rayonlarında elektrik enerjisi kəsilib.
Məlumata əsasən, qəzaya soyuq hava ilə əlaqədar elektrik enerjisinin sərfinin kəskin artması səbəb olub. Qəza xidmətləri problemin səhər saatlarınadək aradan qaldırılacağını bildirib.
Qeyd edək ki, oktyabrın 28-də Tacikistan ərazisinin 90% işıqsız qalmışdı. Elektrik enerjisinin kəsilməsinə paytaxt Düşənbədən 100 km şərqdə yerləşən Nurek SES-da yaranan nasazlıq səbəb olmuşdu.