Bank Of Baku

Tacikistan Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunub

Tacikistan Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunub
# 12 dekabr 2012 16:00 (UTC +04:00)

 

Bakı. Şamil Əlibəyli-APA. Tacikistan Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunub. APA-nın “Xovar” agentliyinə istinadən verdiyi məlumata görə, ÜTT-nin dünən Cenevrədə keçirilən iclasında bu ölkə rəsmən təşkilata üzvü olub.

 

Tacikistan prezidenti Emoməli Rahmon bu prosesdə ölkəyə kömək edən bütün tərəfdaşlarına təşəkkürlərini bildirib: “Tacikistan Respublikası hələ 11 il bundan əvvəl təşkilata üzv olmaq üçün müraciət etdi. Düşünürəm ki bu, ölkəmizin bazar iqtisadiyyata keçməsi üçün stabil və məntiqi addımlardan biridir”.

 

İclasın sonunda Emoməli Rahmon və ÜTT baş direktoru Paskal Lami Tacikistanın təşkilata üzv olması barədə protokol imzalayıblar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR