Bakı-APA. Tacikistanda 5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla 20.10-da (Bakı vaxtilə 19.10-da) qeydə alınıb. APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, zəlzələnin episentri Düşənbə şəhərindən 270 km cənub-şərqdə, Əfqanıstanla sərhəddə olub.
Düşənbə seysmik stansiyasından verilən xəbərə görə, Düşənbədə yeraltı təkanlar 3 bal gücündə hiss olunub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.