Bakı. Şamil Əlibəyli - APA. Tacikistanda noyabrın 6-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılacaq.
Tacikistanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata əsasən, seçki məntəqəsi səhər saat 07:00-da açılacaq və axşam saat 20:00-da bağlanacaq. Səfirlikdən eyni zamanda bildiriblər ki, hazırda Azərbaycanda səsvermə hüququna malik 70-ə yaxın Tacikistan vətəndaşı yaşayır. Seçki məntəqənin sədri səfir Zohir Səidov olacaq.
Qeyd edək ki, noyabrın 6-da Tacikistan prezidenti seçkilərdə 6 namizəd qeydə alınıb. Bunlar Alim Babayev (İqtisadi İslahatlar Partiyası), Talibek Buxariyev (Aqrar Partiyası), Abdulqalim Qaffarov (Sosialist Partiyası), Səidqafar İsmanov (Demokrat Partiyası), İsmayıl Talbakov (Kommunist Partiyası) və hazırkı ölkə başçısı, Tacikistanı 1994-cü ildən idarə edən Emoməli Rəhmondur (Milli Demokratik Partiyası).