Bank Of Baku

Tacikistanda pasportlar plastik kartlarla əvəzlənəcək

Tacikistanda pasportlar plastik kartlarla əvəzlənəcək
# 09 yanvar 2014 08:25 (UTC +04:00)

Bakı – APA. Bu ilin mart ayından Tacikistanda daxili istifadə üçün nəzərdə tutulmuş ümumvətəndaş pasportları əvəzinə plastik şəxsiyyət vəsiqələri veriləcək. 

 

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, proses ölkə prezidenti Emoməli Rəhmonun 2013-cü ilin sentyabr ayında  imzaladağı sərəncama əsasən həyata keçiriləcək.

 

Hazırda Tacikistanda vətəndaşlara daxili istifadə üçün nəzərdə tutulmuş ümumvətəndaş pasportları verilir. Həmin pasportlarla Tacikistan vətəndaşları bir çox MDB ölkələrinə, o cümlədən Rusiyaya gedə bilir.

 

Tacikistanda istifadə müddəti 5 il olan xarici pasportlar və istifadə müddəti 10 il olan biometrik xarici pasportlar da verilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR