Bakı-APA. «V mire jivotnıx» (“Heyvanlar aləmində”) verilişinin aparıcı, jurnalist və səyyah Vasiliy Peskov 84 yaşında vəfat edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu haqda “Komsomolskaya pravda”ya mərhumun nəvəsi xəbər verib.
Qeyd edək ki, V.Peskov 1975-ci ildən 1990-cı ilədək SSRİ teleməkanında populyar olan «V mire jivotnıx» verilişinin aparıcısı olub. O həm də “Komsomolskaya pravda” qəzetinin şərhçisi idi.