Bank Of Baku

Tbilisidə hoteldə yanğın baş verib

Tbilisidə hoteldə yanğın baş verib
# 25 dekabr 2017 01:10 (UTC +04:00)

Gürcüstan paytaxtının mərkəzində "Rooms Tbilisi" hotelində yanğın baş verib.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə yerinə 15 yanğınsöndürən briqada cəlb edilib.

 

Hotelin 5-ci mərtəbəsində başlayan yanğının səbəbləri hələ ki, məlum deyil. İlkin məlumata əsasən, insident nəticəsində zərərçəkən olmayıb, hoteldə olan insanların təxliyə olunduğu bildirilir.

 

Hadisə yerinə Tbilisinin meri Kaxa Kaladze gəlib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR