Bank Of Baku

Təhlükəsizlik Şurasının iclasında Rusiya və ABŞ bir-birlərini ittiham edib

Təhlükəsizlik Şurasının iclasında Rusiya və ABŞ  bir-birlərini ittiham edib
# 03 may 2014 01:42 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin Qərbi Ukraynanın daxili işlərinə qarışmaqda günahlandırıb. Onun sözlərinə görə, Slavyanskda radiodanışıqlar zamanı ingilis dilində söhbət edən insanların səsləri yazılıb.

 

ABŞ-ın Təhlükəsizlik Şurasındakı nümayəndəsi Samanta Pauer, öz növbəsində, Ukraynanın dinc əhaliyə qarşı irimiqyaslı əməliyyatların keçirilməsi barəsində Rusiyanın ittihamını rədd edib. Onun qənaətinə görə, hazırda Ukraynada baş verən hadisələr Rusiyanın bu ölkəyə birbaşa müdaxiləsinin başlanğıcı ola bilər.

 

Rusiya həmçinin Ukraynanı ölkənin şərqində hərbi əməliyyatlardan çəkinməyə çağırıb. Rəsmi Moskva hesab edir ki, Kiyevin həyata keçirdiyi antiterror əməliyyatı  fəlakətlə nəticələnə bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR