Bank Of Baku

Trampın məsləhətçisi Moskvadadır

Trampın məsləhətçisi Moskvadadır
# 08 dekabr 2016 10:40 (UTC +04:00)

ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampın məsləhətçisi Karter Peyc Rusiyaya səfər edib.

 

APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, K. Peyc səfəri zamanı nüfuzlu iş adamları və ictimai fikir formalaşdıran şəxslərlə görüşəcəyini bildirib. Onun dekabrın 13-nə qədər Rusiya paytaxtında qalacağı gözlənilir.

 

Qeyd edək ki, seçkiqabağı kampaniya zamanı Karter Peyc Donald Trampa Rusiya ilə münasibətlərə dair məsələlər üzrə məsləhətlər verib. Onun qənaətinə görə, rəsmi Vaşinqtonla Moskvanın birgə maraqları var, lakin amerikalı siyasətçilər çox vaxt Rusiya tərəfinin istəklərini nəzərə almayaraq rədd edir.

 

İsmayıl Fətəliyev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR