Bank Of Baku

Trayan Basesku Moldova prezidentini məhkəməyə verib

Trayan Basesku Moldova prezidentini məhkəməyə verib
# 27 yanvar 2017 09:09 (UTC +04:00)

Rumıniyanın sabiq  prezidenti Trayan Basesku Moldova prezidenti İqor Dodonu məhkəməyə verib. İddia İ. Dodonun T. Baseskunu Moldova vətəndaşlığından məhrum etməsi ilə bağlıdır.

 

APA-nın “mk.ru”ya istinadən verdiyi məlumata görə, T. Basesku Moldova Ali Məhkəməsinə müraciət  edib. 


T. Baseskunun vəkili bildirib ki, İ. Dodonun qərarı özbaşınalıqdır və Moldovanın vətəndaşlıq haqqında qanununa, eləcə də vətəndaşlığa dair Avropa Konvensiyasına ziddir.  

 

Qeyd edək ki, İ. Dodon Rumıniyanın sabiq  prezidentini yanvarın əvvəlində Moldova vətəndaşlığından məhrum edib. Onun qənaətinə görə, Baseskuya vətəndaşlıq qeyri-qanuni şəkildə verilib. 

 

T. Basesku Moldova və Rumıniyanın birləşməsi ideyasını müdafiə edir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR