Bank Of Baku

Türkmənistanda prezident seçkilərində vaxtından əvvəl səsvermə başlayır

Türkmənistanda prezident seçkilərində vaxtından əvvəl səsvermə başlayır
# 01 fevral 2017 23:48 (UTC +04:00)

Bu gün Türkmənistanda prezident seçkilərində vaxtından əvvəl səsvermə başlayır.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, səsvermə fevralın 11-dək davam edəcək.

 

On gün ərzində seçki məntəqələri yerli vaxtla səhər saat 08.00-dan 18.00-dək fəaliyyət göstərəcək.

 

Qanunvericiliyə uyğun olaraq, əsas səsvermə günü, fevralın 12-də müxtəlif səbəblərdən səs verə bilməyən vətəndaşlar bu hüquqdan istifadə edə biləcək. Seçkilərə əlaqədar ümumilikdə 2578  seçki məntəqəsi fəaliyyət göstərəcək.

 

Xatırladaq ki, prezident postuna hazırkı dövlət başçısı Qurbanqulı Berdiməhəmmədov daxil olmaqla, 9 nəfərin namizədliyi irəli sürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR