APA-nın “korrespondent.net” xəbər saytına istinadən yaydığı xəbərə görə, V. Rıbakın lehinə 250 deputat səs verib. RP-dən 207, Kommunist Partiyasından 32, fraksiyasızlardan isə 11 deputat V. Rıbakı dəstəkləyib.
V. Ribak sədr kimi ilk çıxışına rus dilində başlayıb, lakin müxalifətçilərin etirazından sonra üzr istəyib: “Mən bundan sonra yalnız dövlət dilində danışacağam, sizə söz verirəm”.
V. Rıbak 1946-cı ildə Donetsk şəhərində doğulub. Donetsk Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib. SSRİ dövründə partiya və dövlət vəzifələrində çalışıb. Müstəqillik dövründə Donetsk şəhər Şurasının sədri və şəhər meri, Nazirlər Kabinetinin Ali Radada nümayəndəsi, baş nazirin müavini və tikinti, memarlıq, mənzil-kommunal təsərrüfatı naziri olub. Prezident Viktor Yanukoviçin liderlik etdiyi Regionlar Partiyası sədrinin 1-ci müavinidir.