APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, iclasda, o cümlədən hökumətə etimad məsələsinə baxılacaq.
Müvafiq qərar Ukrayna prezidenti Pyotr Poroşenko, parlamentin spikeri Aleksandr Turçinov, baş nazir Arseni Yatsenyuk və fraksiya rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə qəbul edilib.
Görüş zamanı Poroşenko bir daha qeyd edib ki, Ali Radada koalisiyanın dağılması parlamentinin işini iflic edə bilməz, hökumətin istefasına isə heç bir əsas yoxdur. Dövlət başçısı gələcəkdə də Arseni Yatsenyukun rəhbərlik etdiyi Nazirlər Kabineti ilə birgə çalışacaqlarına ümid etdiyini vurğulayıb.
Növbədənkənar iclas qismən qapalı rejimdə keçiriləcək. Malayziyaya məxsus “Boeing 777” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar bir sıra məsələlərin müzakirəyə çıxarılacağı bildirilir.