Bank Of Baku

Ukrayna baş naziri: “Qəza ilə bağlı araşdırmaya Qərb dövlətlərinin rəhbərlik etməsinə razıyıq”

Ukrayna baş naziri: “Qəza ilə bağlı araşdırmaya Qərb dövlətlərinin rəhbərlik etməsinə razıyıq”
# 21 iyul 2014 13:52 (UTC +04:00)


Bakı. Rüfət Əhmədzadə – APA. Ukrayna hökuməti “Boeing-777” avialaynerinin qəzaya uğradığı ərazidə bütün araşdırma işlərinə rəhbərliyi Qərb tərəfdaşlarına, xüsusilə də Niderlanda verməyə hazırdır.

 

APA-nın verdiyi məlumata görə, bunu Ukrayna baş naziri Arseniy Yatsenyuk bəyan edib.


Onun sözlərinə görə, aşkarlanmış 272 cəsəddən 251-i xüsusi soyuducu konteynerlərdə qatara və maşınlara yerləşdirilib, lakin terrorçular qatarın ərazini tərk etməsi üçün imkan yaratmırlar: “Yaxın saatlarda qatarın və maşınların ərazini tərk edəcəyini gözləyirik. Həmin ərazidə təhqiqat işləri üçün təhlükəsiz bir şərait yaradılmasına çalışırıq. Biz istəyirik ki, qəza zonasında işləri beynəlxalq təhqiqat qrupu aparsın. Hətta niderlandlı dostlarımızın bu qrupa rəhbərlik etməsini müsbət qarşılayırıq”.


Baş nazir bildirib ki, avialaynerin vurulmasında yüksək səviyyəli texnikadan istifadə edilib və bu işi mütəxəssislər görüblər: “Biz separatçıların Rusiya tərəfdən hər hansı təlim və təchizat olmadan bunu edə biləcəyini düşünmürük. Onlara rus hərbçiləri Rusiya ərazisində təlim keçiblər. Buna şübhə yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR