Bank Of Baku

Ukrayna BQXK-nın müşayiət etmədiyi humanitar yardım karvanını ölkəyə buraxmayacaq

Ukrayna BQXK-nın müşayiət etmədiyi humanitar yardım karvanını ölkəyə buraxmayacaq
# 12 avqust 2014 12:48 (UTC +04:00)

Bakı – APA. Ukrayna hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsinin sertifikatlaşdırılması olmadan Rusiyanın humanitar yardım daşıyan avtomobil karvanını ölkəyə buraxmayacaq. APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey Lısenko deyib. O bildirib ki, bu avtomobil karvanının humanitar yardım daşıması BQXK tərəfindən təsdiqlənməyib və yükün təyinat yeri bəlli deyil: “Yük yalnız Ukrayna sərhədçiləri tərəfindən nəzarət olunan buraxılış məntəqələrindən ölkəyə daxil ola bilər və bu yükü BQXK nümayəndələri müşayiət etməlidir. Lakin sözügedən yük BQXK tərəfindən sertifikatlaşdırılmayıb”.  

 

Xatırladaq ki, Rusiya Ukraynanın şərqinə 280 yük avtomobili ilə humanitar yardım göndərib. Hazırda avtomobillər yoldadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR