Bank Of Baku

Ukrayna DİN Odessaya xüsusi təyinatlı tabor göndərib

Ukrayna DİN Odessaya xüsusi təyinatlı tabor göndərib
# 05 may 2014 08:23 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu özünün “Facebook” səhifəsində daxili işlər naziri Arsen Avakov yazıb. O, taborun bu yaxınlarda vətəndaş fəallarından formalaşdırıldığını söyləyib: “Taborun rəhbərliyi və tərkibinin önəmli hissəsi odessalılardır. Onların bu çətin günlərdə Odessaya kömək etmək istəklərini nəzərə alaraq uşaqları oraya ezam etmək qərarına gəldik”.

 

A. Avakov mayın 2-də baş verən iğtişaş zamanı yaxalananlardan 42 nəfərinin mərkəzi vilayətlərdən birinə etap olunduğunu da söyləyib.

 

Xatırladaq ki, mayın 2-də Odessada Rusiyayönümlü separatçılar və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən sakinlər arasında baş verən toqquşmalarda 46 nəfər ölüb. Hadisələrdən sonra Odessanın milis rəisi işdən uzaqlaşdırılıb. Şəhərdə gərginlik davam edir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR