Bank Of Baku

Ukrayna təbii qaza görə yaranmış borcun ödənilməsi üçün Qərb ölkələrindən yardım istəyəcək

Ukrayna təbii qaza görə yaranmış borcun ödənilməsi üçün Qərb ölkələrindən yardım istəyəcək
# 30 oktyabr 2014 13:40 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Ukrayna təbii qaza görə yaranmış borcun ödənilməsi üçün Qərb ölkələrindən yardım istəyəcək.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ukrayna baş naziri Arseniy Yatsenyuk Nazirlər Kabinetinin iclasında bildirib ki, o, məsələni ABŞ-ın vitse-prezidenti Cozef Bayden və Almaniya kansleri Angela Merkel ilə müzakirə edəcək.

 

“Bu gün ABŞ-ın vitse-prezidenti və Almaniya kansleri ilə telefonla danışacam. Onlarla qaz razılaşmasını, habelə Ukraynanın təbii qaza görə yaranmış borcunun ödənilməsi üçün əlavə maliyyə tədbirlərini müzakirə edəcəyəm”, - deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR