Bank Of Baku

Ukrayna hava məkanını Rusiya təyyarəsi üçün bağlayıb

Ukrayna hava məkanını Rusiya təyyarəsi üçün bağlayıb
# 14 sentyabr 2014 01:26 (UTC +04:00)

Bakı-APA. Vnukovo (Moskva) – Kerkira (Yunanıstan) marşrutu üzrə uçan “Boinq 737” sərnişin təyyarəsinə Ukraynanın hava məkanına daxil olmaq üçün ukraynalı aviadispeçerlər  tərəfindən müvafiq icazə verilməyib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu səbəbdən təyyarənin komandiri marşrutu dəyişmək qərarına gəlib, lakin bunun üçün əlavə yanacağa ehtiyac yaranıb.     

 

Göyərtəsində 156 sərnişinin olduğu təyyarə əlavə yanacaq götürmək üçün təcili Krasnodarda eniş edib. Təyyarə bir saat sonra havaya qalxaraq başqa marşrut üzrə uçuşunu davam etdirib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR